adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

Yalan danışan oxucu və yazıçılarımız - Emin Piri yazır

Emin Piri
81209 | 2020-06-13 09:19

Bədii mətnkitablarının satışı zəifdir və ya yerli yazıçıların kitabları az alınır. Oxucuqıtlığı var. Bu kimi ifadələrə adətən yazıçılarımızın müsahibə vəaçıqlamalarında rast gəlirik.

Vəyaxud bizdə yaxşı mətn yazan yazıçılar yoxdur, azdır və.s. Buna görə də yerliyazıçıları oxumur, kitablarını almırıq. Bunasa bir çox hallarda oxucu kütləsiningiley-güzarında rast gəlirik.

Hər ikitərəfin özünə uyğun arqumenti və yaxud özünü sığortası var. Yazıçıoxunmamasına, kitabının satılmamasına bəhanə tapır, oxucusa kitab almamağına,oxumamağına.

Hər ikitərəfin haqlı və haqsız tərəfləri var. Ağız dolusu danışdığımız sovet ənənəsindəon minlərlə müəllif kitablarını alan kütlə birdən-birə yoxa çıxa bilməzdi. Beləbir ənənə özünü ən azı bir neçə onillik irəli aparmalıydı. Ona görə də Azərbaycandaoxucu qıtlığı var deyimi tam yerinə düşmür. Kifayət qədər intelektual, şeirə,kitaba ac kütlə var.

Azərbaycandayaxşı yazıçı yoxdur deyən oxucularınsa adətən dünyada ciddi ədəbiyyat nümunəsisayılmayan, bədii mükafatlar kateqoriyasına daxil olmayan əcnəbi yazıçılarınoxucusu olduğunu görərik. Ən yaxşı haldasa bütün dünyanın qəbul etdiyi şablonimzalarla kifayətlənirlər. Çünki bu adlar onlarda ciddi oxucu alqısı yaradır.Serial, detektiv, sevgi gündəliyi kimi əsərlərin fanatı, oxucusu olan adamınkeyfiyyətli mətn axtarışı absurddur. Bu tip şəxslərin bundan sonra yerliyazıçıları qınaması ən azından ayıbdır.

Azərbaycandaoxucu yoxdur deyən yazıçıyla, Azərbaycanda yaxşı yazıçı yoxdur deyən oxucularıniksi də eyni kateqoriyaya daxildir. Bir-birlərindən fərqləri yoxdur mənimgözümdə. Hər ikisi yalan danışır.

Azərbaycanədəbi mühitində ən böyük problem yazıçıların öz oxucusunu, oxucununsa özyazıçısını tapa bilməməsidir. Hər iki tərəf öz bazarını ya tapa bilmir, ya dayanlış yönlərdə axtardıqlarından bu kimi bəhanələr ortaya çıxır.

Azərbaycanşairini bəyənməyib, dünya ədəbiyyatından ağız dolusu danışanların da sonradanyerli yazarlardan iki, üç qat zəif yazarların oxucusu olduğu göz önündədir.

Kitabalmayan kütlənin adətən texnologiyanın inkişafını bəhanə etdiyini də görürük. Bəli,texnologiyanın inkişafı bir çox kitabları pdf, internet variantında əl çatan edib.Amma bunu kitab almamağa bəhanə gətirmək özünü sığortalamaqdır. Əslində bu kəsimümumiyyətlə kitab oxumur və ya ara sıra başqalarından geri qalma deyə əlinəkitab alanlardır. Yəni reklam xatirinə və.s.

Kiçiknümunə gətirək. Kino istehsalının inkişafı zamanı teatrın sıradan çıxacağınısöyləyirdilər. Amma müəyyən dövrdən sonra kütləviliyi azalsa da daha böyük"teatr bazarlar"ı ortaya çıxmağa başladı. Teatr canlı kinodur. Ənistedadlı aktyorun özünü təsdiqi isə teatrdan keçir. Normal zövqə malik olankimsə "canlı kino"dan vaz keçmir.

Eynilətexnologiyanın inkişafı da kitab bazarını öldürür deyimləri kitab oxumayan kütləninözünü sığortası, bəhanəsidir. Əksinə, texnologiyanın inkişafı sənin öz yazıçınıtapmağa köməkçi olur, yeni kitab bazarlarının yaranmasına səbəb olur. Eynizamanda zövqünü oxşayacaq müəllifi daha qısa müddətdə tapmağa, onun kitabınıalmağa yönləndirir.

Hərhalda müasir dünyamızda bir çox nəşriyyatlar kitablarını internet üzərindənsataraq hər il milyonlarla gəlir etməsi gözümüzün qabağında baş verir.

Birsözlə texnologiya inkişafını bəhanə etmək bizim kimi cəmiyyətlərdə kimlərçünsəkeçərli ola bilər, amma ümumilikdə gülünc doğuran arqumentdir.

Bəli,texnologiya daha çox şeir kitablarına təsir edə bilər, amma bir şairi tam dərketmək, onun haqqında yekun rəy vermək üçün internet dünyası acizdir. Bir şairibütöv tanımaq onun kitabından keçir.

Bizimmühitdə səmimiyyət adətən özünü yaxşı anlamda doğrulda bilmir. Yazıçı-oxucuarasındakı münasibət adətən oxucu-yazıçı münasibətinə deyil, süfrə mədəniyyətinəçevrilir. Amma qərb ədəbiyyatında bu adətən süfrə ilə birgə daha sadiq oxucununyaranmasına səbəb olduğu halda bizdə isə əksinə, o bütü dağıdır. Bu səbəbdənbir çox yazıçılarımız araya böyük bir sədd yerləşdirir.

Bəlkə də doğrusu budur.


TƏQVİM / ARXİV