adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
11 Iyun 2020 23:09
81407
TEXNOLOGİYA
A- A+

Dünyanın ən bahalı şirkətləri növbəti rekord vurub

"Apple” və "Microsoft” şirkətləri tarixdə kapitallaşması 1,5 trilyon dolları keçən ilk şirkətlər olub.

Adalet.az-ın məlumatına görə, tarixi rekord iyunun 10-da NASDAQ birjasında alqı-satqı zamanı qeydə alınıb.

Bundan başqa, digər texnologiya şirkətləri də ümumilikdə əsas indekslərin azalmasına baxmayaraq, bahalaşmaqda davam edib.

Belə ki, son dövrlərdə "Amazon”un kapitallaşması 1,3 trilyon dollara, "Google”un sahibi "Alphabet” şirkətinin kapitallaşması 1 trilyon dollara çatıb.