adalet.az header logo
  • Bakı 13°C
11 Iyun 2020 19:35
60439
ŞOU-BİZNES
A- A+

Rozadan “Instagram”la bağlı sərt qərar: Ona yaza bilməyəcəksiniz - VİDEO

Müğənni Roza Zərgərli izləyicilərinə qadağa qoyub.

Oxu.Azxəbər verir ki, sənətçi bundan sonra "Instagram” hesabında paylaşdığı materiallarda şərh bölməsini bağlayacağını və bununla da, özünü izləyicilərin tənqid, hətta təhqir dolu rəylərindən qoruyacağını bildirib:

"Instagram” məni yordu. Bu çətin dönəmdə sizlərə ruh yüksəkliyi vermək üçün ən özəl və gözəl məqamları burada bölüşürəm. Lakin tanımadığım, "A” hərfinin yazılışını belə bilməyən və İQsəviyyəsi qat-qat aşağı olan insanlar lazım olmayan şərhlər yazırlar. Baxıb stress keçirirəm. İndi isə əsəblərimi qorumalıyam.

Gördüm ki, Xalq artisti Röya Ayxanın paylaşımlarına yalnız onun izlədiyi şəxslər yaza bilir. Menecerimlə qərara gəldim ki, eyni addımı mən də atım. O qədər böyüksevgiyə və hörmətə sahib olmalısınız ki, sizi izləyim və paylaşımlarıma rəy yaza biləsiniz”.

R.Zərgərli ona yardım üçün müraciət edən şəxsləri sərt tənqid edib:

"Instagram” hesabımın "Direct” bölümünə xeyriyyə məsələləri üçün yazmayın. Bu müğənninin səhifəsidir, yardım fondu deyil”.