adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 Iyun 2020 09:50
48556
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: XATİRƏLƏR YANANDA...

Kiprikləri yararaq
Şimşək çaxır, sel ötür...
Hənrim yanaq isidir -
Baxışlarım tel öpür...

Yaddaşından nələrsə
Tələsmədən silirsən...
Xatirələr qomunu
Yandırıb ...
isinirsən!..

İncimirəm, ruhum da
Sızıldamır bu anda...
Axı sən isinirsən -
Xatirələr yananda!..