adalet.az header logo
  • Bakı 11°C
10 Iyun 2020 23:36
46493
HÜQUQ
A- A+

Məhkəmə Qiyas İbrahimov haqqında qərar verdi

Nizami Rayon Məhkəməsində gənc fəal Qiyas İbrahimovun inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

"Report” xəbər verir ki, hakim Mətanət Hacıyevanın sədriyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, Q.İbrahimov 50 manat məbləğində cərimələnib.

O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

Qeyd edək ki, gənc fəal Qiyas İbrahimov ötən gün binanın damına çıxaraq aksiya keçirdikdən sonra saxlanılıb və bu gün sərbəst buraxılıb