adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
10 Iyun 2020 22:08
13964
İDMAN
A- A+

“Bu, rəqiblərimizə haqsızlıq olar” – Rəşad Sadıqov

"Bəlkə də, pandemiya futbolumuz üçün dönüş nöqtəsi olacaq, futbolçularımız daha çox üzərlərində işləyəcəklər”.

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ”ın kapitanı Rəşad Sadıqov ötən gün "Sabah”la keçirilən yoxlama oyunundan (5:0) sonra "CBC Sport”a açıqlamasında deyib.

Təcrübəli müdafiəçi koronavirus pandemiyasına görə martın əvvəlindən dayandırılan Premyer Liqanın bərpasının tərəfdarı olduğunu bildirib: "Biz futbolçular istəyirik ki, oynayaq, çempionat başa vurulsun. İdman prinsipləri deyilən bir şey var. Biz xal fərqi ilə irəlidəyik, ancaq burada başqa komandaların da haqları var. Biz istəmərik ki, çempionat vaxtından əvvəl başa vurulsun. Bunu digər rəqiblərə qarşı haqsızlıq kimi görürük. İstəyirik ki, çempionat təmiz idman prinsipləri ilə başa vurulsun. Amma futboldan əvvəl əsas millətimizin sağlığıdır. Qərar verilib ki, çempionat davam etdiriləcək. Ancaq hər gün statistiklara, göstəricilərə baxılır və ona uyğun olaraq qərarlar dəyişilə bilir. Biz hər şeyə hazırıq”