adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
10 Iyun 2020 16:30
26018
ELM VƏ TƏHSİL
A- A+

AzTU-da imtahanlarla bağlı onlayn çat yaradılıb

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə-rektoru Əli Abdullazadənin təşəbbüsü ilə Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və Tələbə Gənclər Təşkilatının (TGT) üzvlərindən ibarət operativ qrup onlayn çat yaradıb.

Universitetdən verilən məlumata görə, onlayn çat imtahan sessiyası müddətində tələbələrin nəzarəti ilə fəaliyyət göstərəcək.

Bu müddət ərzində tələbələrdən daxil olan şikayətlərin operativ araşdırılması, onların yerində həll edilməsi təmin ediləcək. Qeyd edək ki, onlayn çatın yaradılması tələbə məmnunluğunun təmin edilməsi məqsədi daşıyır.