adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
10 Iyun 2020 12:21
60791
ŞOU-BİZNES
A- A+

Zaur “qocalığından” riqqətə gəldi - Paylaşım etdi

Ötən həftə məşhur aparıcı Zaur Baxşəliyev instaqram hesabında proqramla çəkilən video paylaşmışdı. Zaurun qocalığını əks etdirən video izləyicilərdə gülüşə səbəb olub. Onun paylaşımları izləyicilərlə yanaşı məşhurların da marağına səbəb olub.

Deyəsən, belə video və fotolar Zaurun özünün də xoşuna gəlib. Əgər belə olmasaydı, aparıcı sosial mediada ağsaqqal obrazında xüsusi effektlə çəkilmiş yeni videolar paylaşmazdı. 

Adalet.az xəbər verir ki, aparıcı instaqram hesabında yenə də ağsaqqal obrazına girərək qızı Dilavərlə görüntüləndiyi foto paylaşıb. O, fotoya "Zaur özü adam olmasa da, qızı şirindi. Bu ailəyə gələn gündən məni çox istəyirlər, daha burdan getmərəm" sözlərini yazıb.

Z. Baxşalıyevin paylaşımı bu dəfə də diqqət çəkərək çoxsaylı rəylər yazılıb.

Əntiqə Rəşid