adalet.az header logo
  • Bakı 20°C
10 Iyun 2020 09:25
41343
ŞOU-BİZNES
A- A+

Aparıcı Zümrüd Bədəlovadan açıqlama: “Qulağımızın biri yekə, biri balacadır”

Aparıcı Zümrüd Bədəlova haqqında özünün ən maraqlı açıqlaması yəqinki sizlərin yadında olar. O, açıqlamasında boşandığı ərindən danışmışdı.O,

Aparıcı "Zaurla Günaydın" proqramında bildirmişdi ki, ayrıldığı əri ilə heç bir əlaqəsi yoxdur:

"9 il ailəli qaldım. 5 il olacaq ki, ayrıldım. Qızı ilə maraqlanır. Əsas odur ki, Ləmanla danışır. Amma heç bir münasibətimiz qalmayıb. Qayınanamla hər gün danışıram, onunla isə yox".

Bu dəfə də Zümrüd maraqlı açıqlaması ilə yadda qaldı. Adalet.az xəbər verir ki, veriliş zamanı aparıcı bir müddət öncə keçirdiyi estetik əməliyyatlardan danışıb. O, bildirib ki, qulağını əməliyyat etdirdiyinə görə, atası bir neçə gün ondan küsüb:

"Bizim nəsilin bir-birinə ötürdüyü bir şey var. Qulağımızın biri yekə, biri balacadır. Bu da məndə kompleks yaradırdı. Saçımı yığa bilmirdim. Bir neçə dəfə izləyicilər də yazmışdı bunu, pisimə gəlmişdi. Ona görə bu kompleksdən azad oldum. Amma buna görə atam küsdü məndən ki, nəslimizin bir-birinə ötürdüyü xarakteri məhv elədin".

Qeyd edək ki, bir müddət öncə Zümrüd qulaqlarını və gözlərini əməliyyat etdirib.

Əntiqə Rəşid