adalet.az header logo
  • Bakı 16°C
08 Iyun 2020 20:27
17924
SİYASƏT
A- A+

Baş Nazir Əli Əsədov Belarusun yeni Baş Nazirini təbrik edib

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Roman Qolovçenkoya Belarus Respublikasının Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, Baş Nazir Əli Əsədov möhkəm dostluq, əməkdaşlıq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan Azərbaycan-Belarus münasibətlərinin yüksək səviyyəsinin xüsusi məmnunluq doğurduğunu bildirib.

Baş Nazir Azərbaycan ilə Belarus arasındakı qarşılıqlı faydalı əməkdaşlığın və strateji tərəfdaşlığın birgə səylərlə bundan sonra daha da möhkəmlənəcəyinə və genişlənəcəyinə əmin olduğunu bildirib.