adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
08 Iyun 2020 23:11
64593
TEXNOLOGİYA
A- A+

Çin 5G-ni bütün ölkəyə yayır: 600 min baza…

Çin cari ilin sonuna qədər 5G şəbəkəsi üçün 600 min baza stansiyası quraşdıracaq.

Bu məlumatı Çin mətbuatı Sənaye və İnformasiyalaşdırma Nazirliyinə istinadən yayıb.

Məlumata görə, bu baza stansiyaları sayəsində 5G şəbəkəsi bütün dairə əhəmiyyətli şəhərləri əhatə edəcək.

Qeyd edək ki, hazırda Çində 5G texnologiyalarından 36 milyon nəfər istifadə edir. Bu ilin sonuna qədər Çində 5G şəbəkəsini dəstəkləyən telefonların sayının 180 milyon ədədə çatdırılması nəzərdə tutulur.(axar.az)