adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
08 Iyun 2020 22:14
13832
İDMAN
A- A+

PSJ serb futbolçu ilə razılığa gəldi

"Latsio"nun futbolçusu Sergey-Milinkoviç Saviç PSJ-yə keçməyə yaxındır.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu 25 yaşlı yarımmüdafiəçi ilə müqavilənin şərtləri ilə bağlı razılığa gəlib. PSJ-nin hazırda İtaliya təmsilçisi ilə danışıqlar apardığı vurğulanıb. "Latsio"nun serb oyunçu üçün ən azı 80 milyon avro istədiyi bildirilib.

Qeyd edək ki, Saviçlə "Mançester Yunayted" və "Çelsi"nin də maraqlandığı iddia olunur.