adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
08 Iyun 2020 21:00
40484
İQTİSADİYYAT
A- A+

Xaçmaz KOB evində göstərilən xidmətlər üzrə sahibkar məmnunluğu 97 faizdir

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Xaçmaz KOB evi tərəfindən sahibkarlara göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 97 faiz təşkil edir.

Belə ki, Xaçmaz KOB evində sahibkarlara təqdim olunan xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi üçün elektron sistem tətbiq edilir və hər bir xidmət üzrə yerindəcə məmnunluq səviyyəsi ölçülür.

Qeyd edək ki, bu ilin fevral ayından fəaliyyət göstərən Xaçmaz KOB evində sahibkarlara 25 xidmət pəncərəsi üzrə 300-ə yaxın dövlət ("G2B”) və biznesdən biznesə ("B2B”) xidmətləri vahid məkanda təqdim olunur.

İndiyədək Xaçmaz KOB evi tərəfindən sahibkarlara 4500-dən çox xidmət göstərilib.

Sahibkarlara xidmətlərin bir məkanda göstərilməsi vaxt itkisini və əməliyyat xərclərini azaldır.