adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
08 Iyun 2020 20:00
18549
SİYASƏT
A- A+

Putin Mariya Zaxarovaya diplomatik rütbə verdi

Rusiya Prezidenti Vladimir Putin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya fövqəladə və səlahiyyətli səfir rütbəsi verib.

"RİA Novosti”agentliyi xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında məlumat verilib.

Qeyd edək ki, Mariya Zaxarova 24 dekabr 1975-ci ildə diplomat ailəsində anadan olub. 1998-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Beynəlxalq jurnalistika fakültəsini bitirib.

M. Zaxarova 2015-ci ilin avqust ayının 10-dan Rusiya XİN-in rəsmi nümayəndəsi vəzifəsini yerinə yetirir.