adalet.az header logo
  • Bakı 18°C
08 Iyun 2020 18:00
48858
MARAQLI
A- A+

Rusiyalı alimlərdən maraqlı kəşf

Rusiyada Belqorod Dövlət Universitetinin fizikləri daşına bilənrentgen cihazı yaradıblar. Yeni ixtira tibb və baytarlıqdan əlavə, kosmik gəmilərdə, geologiyada və arxeoloji qazıntılar zamanı istifadə oluna bilər.

TASS-ın Belqorod Dövlət Milli Tədqiqat Universitetinin radiasiya fizikası laboratoriyasının müdiri Aleksandr Kubankinə istinadən verdiyi məlumata görə, yeni portativ rentgen cihazı adi mətbəx alışqanı ilə eyni prinsip üzrə işləyir.

Yeni cihaza enerji təchizatı və yüksək gərginlik lazım deyil. Bundan əlavə, məişət cihazı və Belqorod alimlərinin yeniliyi bir-birinə bənzəyir: fərq yalnız ondadır ki, rentgen cihazında xüsusi kapsul işləyir, bunun sayəsində, məsələn, həkimlər orqanizmin vəziyyəti, geoloqlar isə süxurun xüsusiyyətləri barədə nəticə çıxara bilər.