adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Iyun 2020 11:10
33598
ŞOU-BİZNES
A- A+

Trendə aparıcı Xoşqədəmdə qoşuldu: Dəbdəbəli villadan paylaşım...

2014-cü ildə Türkiyəli müğənni Doğuşla ailə quran tanınmış aparıcı Xoşqədəm Hidayətqızı iki-üç il əvvəl Türkiyə mediasındaönəmli xəbərlə gündəm olmuşdu. Məlumata görə, ifaçının azərbaycanlı həyat yoldaşı ilə birlikdə İstanbulda olduğu deyildi: "Azərbaycanın paytaxtı Bakıda yaşayan Doğuş İstanbulda villa almaq istəyir. Bunun üçün həyat yoldaşı Xoşqədəm Hidayətqızı ilə birlikdə Türkiyəyə gələn ifaçı evlərə baxır. Yeni albomunun hazırlıq işləri başa çatan Doğuş onu təqdim etdikdən sonra tez-tez İstanbula gəlib-gedəcək”.

Daha sonra isə aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkələrdə evininfotolarını izləyiciləri ilə bölüşdü. Dostlarını evinə qonaq edən aparıcı bunları qeyd etdi:"İstər yüzüncü, istər birinci yerdə, istər zəngin, istər kasıb ol. Kim olursan-ol, insan ol. Mərd ol, kişilikli ol. Şəxsiyyətini xırda şeylərə dəyişmə. Yaxşı insanlarla, bəzi dostlarımla təsadüf nəticəsində tanış olmuşam.Bir ara yazmışdılar ki, milyonluq villam var. Gerçək olmasa da yazım, milyonluq villamda dostlarla". Aparıcının bu paylaşımı da maraqla qarşılandı.



Məşhur aparıcı yenidən sosial mediadakı paylaşımı ilə diqqət çəkib.

Adalet.azxəbər verir ki, aparıcı instaqram hesabında bağ evindən görüntülər yayıb. O, həftə sonu iki günlük sərt karantin rejimi ilə əlaqədar evdə qalıb və çox yatdığını vurğulayıb. Bildirib ki, heç vaxt ağlına gəlməzdi ki, bu qədər gec yuxudan oyana bilər.

Əntiqə Rəşid