adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Iyun 2020 10:32
45603
ŞOU-BİZNES
A- A+

Ötən həftə şou aləmində baş verən olaylar və ilginc açıqlamalar...

Ötən həftə şou biznes aləmi maraqlı acıqlama və olaylarla yadda qaldı.

Adalet.az xəbər verir ki, ilk və maraqlı acıqlamalardan biri "Avroviziya” təmsilçilərimizdən olan müğənni Dilarə Kazımovaya məxsusdur. O, açıqlaması ilə gündəmə səs salıb.

Sənətçi İctimai Televiziyada (İTV) yayımlanan "Fatehin divanı” axşam şousunda qonaq olarkən etirafı ilə diqqət çəkib.

O, ilk dəfə bəy nəslindən olduğunu etiraf edib:

"Mən bəy nəslindənəm. Bu barədə çoxlu informasiyaya malik olmasam da, nənəm danışırdı ki, sovet dövründə Bakıda babamın neft buruqları olub. Hətta bu barədə sənədli film də çəkilib. Neft buruqlarının olması ilə bağlı onun rəsmi sənədləri də olub. Həmin sənədləri isə o haradasa torpağa basdırıb. O sənədləri bu yolla gizlədib, heç kim tapa bilməyib. Biz özümüz də sənədləri tapa bilməmişik”.

Bəy nəslinin nümayəndəsi olduğnu deyən müğənni Dilarə Kazımova hər zaman ehtiraslı rəqsləri və acıq-sacıq geyimləri ilə gündəmdə qalmağı bacaran məşhurlardandı.


Qeyd edək ki, Dilarə 2014-cü ildə Danimarkada keçirilən "Start a Fire” bəstəsi ilə "Avroviziya” mahnı müsabiqəsində Azərbaycanı təmsil edib.

Bir gülümsədən acıqlama isə şou-biznesin Sevil və Sevinc Səfərova bacılarından gəlib:

"Heç vaxt gündəmə açıq-saçıq görüntülər və dəyişik obrazlarla gəlməmişik. Hətta fotosessiyaların ən rahatını və sadəsini etdiririk. Obrazlı fotosessiya bizdən görməyəcəksiniz”.
Bu sözləri bacılar "Xəzər” televiziyasında yayımlanan "X maqazin” proqramına verdiyi müsahibələrində deyiblər. Müğənnilər həmkarlarının tez-tez efirdə səsləndirdiyi "yeniliklər edəcəyəm” kəlməsinə etiraz ediblər: "Toy məclislərində, verilişlərdə oluruq. Bizim də işimizin mahnı oxuyub, klip çəkdirib, fotosessiya etdirməkdir. Bu işləri görmək məcburiyyətindəyik. "Yenilik edəcəyəm” deyə bir şey yoxdur. Çünki sən bununla pul qazanırsan, tamaşaçılara tanınırsan, onların sevgisini qazanırsan”.
Səfərova bacıları məşhur stilistlərlə çalışmaq istəmədiklərini söyləyiblər: "Məşhur stilistlərlə çalışmağı sevmirik. Çünki onların da özlərinə görə kaprizləri var. Bizəözümüzü hər zamankı obrazda görmək rahatdır

"Dünyaya uşaq gətirməzdən öncə düşünün. Çox düşünün. Bəlkə sizin övladınız bu dünyaya gəlmək istəmir. Onun belə bir dünyada yaşamasına siz qərar verirsiniz. Uşaq oyuncaq deyil”. Bu sözləri müğənni Nura Suri feysbuk hesabında yazıb.

O, övladlarına görə narahat olduğunu söyləyib:


"Mən də uşaq istəyirəm” deməzdən əvvəl eqonuzu bir kənara qoyub düşünün xahiş edirəm. Mən düşünməmişəm. Gecələri rahat yata bilmirəm. Onların gələcəyini fikirləşirəm. İki övladım Amerikada yaşayır. Hər gün onlara görə narahat oluram. Kiçik oğluma görə isə lap çox narahatam. Uşaq üç aydır evdədir. Dostları ilə görüşmür, məktəbə, idmana, rəqsə, vokal dərslərinə gedə bilmir. Hər gün onlayn dərslər keçir, sonra da ev tapşırığı. Həftəsonu bir az bulvarda təmiz havada gəzə bildik. SMS olanda da çıxmırdıq. İyunun 12-i yay tətili başlayır. İşləmirik deyə qazancımız yoxdur. Dincəlməyə ( hətta rayona) getmək üçün riskə getmək istəmirəm. Karantin nə qədər sürəcək bəlli deyil. Gündə bir qərar çıxır. Otellərin qiymətindən yəqin ki, xəbəriniz var. Çox söz deyə bilərəm, amma nə xeyri”.

Qeyd edək ki, N.Surinin üç oğlu var.

İndi də Xalq artisti Mələykə Əsədovanın kədər dolu acıqlamasına kecək:

"Ürəyimdə problemlər var. Dəfələrlə müayinələrdən keçmişəm. Səhhətimdə yaranan bu problem sənətimlə əlaqəlidir”.

Bəli, bu sözləri Xalq artisti Mələykə Əsədova "Xəzər” televiziyasında yayımlanan "X maqazin” proqramına verdiyi müsahibəsində deyib.Sənətçi sağlamlığında yaranan problemini səhnədə oynadığı çətin və mürəkkəb obrazları ilə əlaqələndirib:"Çox çətin obrazları canlandırıram. Sənət üçün yaranmışam. Dünyamı dəyişənə kimi səhnədə olmaq istəyirəm. Çətin rolların öhtəsindən gəlmək üçün möhkəm ürək lazımdır. Amma ürəyim çox zəifləyib”.

Xalq artisti Aygün Kazımova Xəzər televiziyasında yayımlanan "Fəlidən doğru xəbər" verilişində qonaq olub.

Aygün Kazımova aparıcı Elşən Orucovun "Zəng edərkən müğənninin telefonunu menecerinə verməsinə münasibətiniz necədir? sualına"Mənim telefonuma nadir hallarda zəng edirlər. Çünki nadir hallarda telefonla danışıram" deyib.

Aygün Kazımova "Namiq Qaraçuxurlu zəng etsə menecerinə verərsən?" sualına isə "O, blokdadır, zəng edə bilmir" - deyə cavab verib.

Belə-belə işlər...

Əntiqə Rəşid