adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

AMERİKA FİLMİ, QARABAĞ VƏ DÜNYA - Şahnaz Şahin yazır

Şahnaz ŞAHİN
100612 | 2020-06-08 09:33

Artıq gecə yarıdan çoxdan keçib, indi tək-təkadam oyaq olar. Onu gec yatmaqda, yuxusuzluğun insan orqanizminə vurduğuziyanlar barədə hər gün ona "moizə” oxuyan, bununla onu canına qəsd eləməkdə qınayan həyat yoldaşı da çoxdan yatıb. Arabiryüngül xorultusu da gəlir qulağına. O isə...

Bu gecə şeytanı lənətləyərək Tanrıdan ona dabir azacıq yuxu bəxşiş göndərməsindən ötrü xeyli dua etsə də faydası olmayıb,budur, gecə saat üçü haqlayır... Artıq neçə saatdır ki, isti, rahat, yumşaqyorğan döşəyində gah bir, gah da o biri böyrü üstə çevrilib gözlərini yumaraqsakit uzanıb yuxusunu gözləyir, yuxu isə gəlmir ki, gəlmir!..Bunu da yoldaşıöyrədib ona, sakit uzan, tərpənmə, bir də görəcəksən yatmısan... Artıq gözqapaqlarını bir-birinə sıxmaqdan kipriklərinin dibi ağrıyır, qeyri iradi gözlərininşişdiyini də hiss edir. Yatağına girdiyi bir neçə saat ərzində yüngül mürgüləsədə bu 15-20 dəqiqədən çox çəkməyib. Birdən ağlından keçən fikrə özünü də gülməktutur . Sən demə o yuxunu aldatdığı kimi yuxu da onu aldadırmış...

"Yox, deyəsən bu gecə o heç gəlməyəcək,nahaq bəndi-bərəni bərkidib gözləyirəm " deyə yatağından durmağa qərar verir.Amma elə etməlidi ki, evdə narahat olmasınlar. Geyinib astaca yataq otağındançıxıb qonaq otağına gəlir, gündüzün səsli-küylü evi ağır işdən sonra indi sankidincəlir, otağa göz gəzdirir, bir tərəfdə axşamdan ortalığa tökülmüşoyuncaqlar, masanın üzərində isə gecədənçay içilib qalmış stəkan-nəlbəkilər onu görüb sevinir sanki... Oyuncaqlarıqutuya yığıb bir tərəfə qoyur, masanın üstünü yığışdırıb mətbəxə aparır, qazıyandırıb çaydanı üstünə qoyub geri qayıdır. İndi də divanın pozulmuş səliqəsinidüzəldir. Adətidi, səliqəsi olmayan yerdə rahat ola bilmir. Evdə də elə ən çoxbuna deyinir həmişə. Gərək qab-qaşıq par-par parıldasın, ev-eşik daim qonaqgözləyirmiş kimi tər-təmiz olsun. Divanda yerini rahatlayıb televizoruyandırır, səsini ən aşağı həddə endirib bir-bir kanalları yoxlayır. İki-üçkanal artıq çoxdan yayımı bitirib, film həvəskarı olduğundan axır ki, birkanalda istədiyini tapıb dayanır. Deyim ki, o hər kinoya da baxan deyil, əsasənciddi filmləri sevir, nəhayət axtardığını tapır. Elə indi yeni bir filmbaşlayacaq, yadına qazın üstə qoyub gəldiyi çaydan düşür, tez qalxıb mətbəxəkeçir, yaxşı bir çay dəmləyib dəstgahıylapodnosa yığıb geri dönür. Hə indi rahat baxmaq olar!...

FilmdəAmerikada ağ dərililərin məskunlaşmasınınilk illərində baş verən hadisələr lentə alınmışdır, o zaman ki, yerli qəbiləvə tayfalar sıxışdırılır, qovulur, buna görə də aralarında labüd qarşıdurmalaryaşanır. Hər qəbilə və tayfanın öz adı, başçısı, yaşam tərzi, məşğuliyyəti , adətlərivar. Elə həmin qəbilələrdən birinin başçısı öz ailə üzvlərilə birgə həbs edilərəkcəza çəkir... Fikir onu çəkib Ermənistan deyilən qədim İrəvana, azərbaycanlılarınqədim yaşayış məskənlərinə aparır, sonra da dolandırıb Qarabağa gətirir. İki əsr daxilində başlarınagətirilən müsibətlər, mənfur ermənilər tərəfindən zorla qovulub çıxarıldıqlarıdoğma torpaqları, yetim qalan yurd yerləri, amansızcasına qətlə yetirilən və əsir götürülən günahsız insanlar gözləriönündən gəlib keçir... Filmin baş qəhrəmanı , ömrünün artıq neçə ilinin belə hərbixidmətdə keçdiyini unutmuş zabit özzabit yoldaşları ilə söhbət zamanı qəbilələrin birinin haqqında dedikləri onunqəlbini dağ-dağ edir :

-Onlarısiz tanımırsınız, mən görmüşəm, bir nəfərin burnunu elə yandırmışdılar ki, ikicədeşiyi görünürdü, digərinin isə qulaqlarını kəsib ağzına soxmuşdular....

Düşünür,İlahi, bunlar ermənilərin törətdiyi müsibətlərin yanında nədir ki!...Sinəsinəodlu xaç basılmış, əli, dili, əzaları, başı kəsilmiş, gözləri çıxarılmış,yandırılmış, tanklar altına atılmış oğulların harayını eşidir, namusutapdalanmış qız-gəlinlərin, övladı gözlərinin qabağında öldürülmüş anaların fəryadı qulaqlarını batırır..! Bu zabit isə cəzasınıçəkmiş ailəni sağ-salamat aparıb yaşayış məskənlərinə qoymaq əmri alıb, yollaruzun və təhlükəli, mənzil başı isə uzaqdır. Yollarda öz torpaqlarını qaytarmaqüçün dəstələr düzəldib yollara çıxan yerli qəbilə nümayəndələrilə qəfləti üzləşmək,məcbur qalaraq apardığı "cinayətkar” başçı ilə dostlaşmaq da var zabitin qismətində..,yoxsa mənzilə gedib çatmayacaqlar!Filmin son kadrları da yenə insanlığınxilasına, humanizm hisslərinin qalib gəlməsinə hesablanıb... "Başçı "ilə əlverib ayrılan zabit :” Mən, səni həmişə yaxşı insan kimi xatırlayacam..” söyləyir..

Bu filmin sonluğu bəlkə də kinorejissorun təxəyyülü,arzuları, görmək istədikləri idi, bilmirəm, hər halda insanlığın ölmədiyinə,haçansa həqiqətin qələbə çalacağına inamvə ümid demək idi!...

Amma bir həqiqət var, o isə hələ də dünyadazülmün sona yetməməsi, güclünün gücsüzü əzməsi, yalanın həqiqət libasındagörünməsidir. Fikrindən dünyanın hər tərəfində yaradılan münaqişə ocaqları,viran qoyulan şəhər və kəndlər, uçulub dağıdılan evlər, öldürülən insanlar,günahsız tökülən qanlar, süngüyə taxılan körpələr, tüstü çıxmayan bacalar harayçəkib : "Niyə, nədən ötrü!? " qışqırırdı...Filmi izləməyə başlayanda süzdüyüçayı isə çoxdan soyumuşdu...

Bu sonuncu səfər deyil,

Yağıylaçox hesabım var.

Bir kəhərat göndər mənə,

Ürəyimdəmuradım var.

Havalarbarıt qoxulu,

Yollarhələ də qorxulu.

Yarımçıqqalan nağılı,

Bitirməyəgümanım var.

Buyara qan verir hələ,

Vətənqurban verir hələ.

Çənlibeləçən düşübdü,

Köroğluyaxəbər eylə..

Sonsavaşa fərmanım var!..


TƏQVİM / ARXİV