adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Iyun 2020 17:42
22035
İDMAN
A- A+

Neymarın şəxsiyyət vəsiqəsi oğurlandı – Sosial yardım almaq istədilər

PSJ-nin hücumçusu Neymarın Braziliya vətəndaşlığını təsdiq edən şəxsiyyət vəsiqəsi oğurlanıb.

Qol.az xarici mediaya istinadən xəbər verir ki, oğrular futbolçunun sənədindəki məlumatlardan koronavirus pandemiyasına görə dövlətin verdiyi sosial yardım almaq istəyiblər.

Məlumata görə, futbolçunun özü və ətrafı bu hadisədən yalnız mətbuatın onlarla əlaqə saxlamasından sonra xəbər tuta bilib.