adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
07 Iyun 2020 11:32
11814
SAĞLAMLIQ
A- A+

Moskvada son sutkada koronavirusdan 55 nəfər dünyasını dəyişib

Ötən sutka ərzində Rusiyanın paytaxtı Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası ilə bağlı etdiyi testlərin müsbət çıxdığı daha 55 xəstə vəfat edib.

Adalet.az-ın məlumatına görə, bu barədə paytaxtın koronavirusa nəzarət və monitorinq üzrə baş qərargahından bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 55 xəstə dünyasını dəyişib".

Ümumilikdə paytaxtda koronavirusdan 2 919 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı fevralın 11-də infeksiyanı COVID-19 adlandırıb, martın 11-də isə koronavirusu pandemiya elan edib. Son məlumatlara görə, dünyada yoluxanların ümumi sayı 6 663 304, ölənlərin isə 392 802 nəfərə çatıb.