adalet.az header logo
  • Bakı 20°C
07 Iyun 2020 09:27
14328
DÜNYA
A- A+

Oğlunu öldürən atanın tutulmaması üçün özlərini polis maşınının qabağına atdılar - VİDEO

Sosial şəbəkələrdəoğlunu güllələyən kişinin polislər tərəfindən aparılmasına mane olmaq istəyən qohumlar barədə video yayılıb.

RT-nin məlumatına görə qəribə hadisə Dağıstanda baş verib.

Kadrlarda görünür ki, bir neçə gənc özlərini polisin xidməti maşınının qabağına ataraq, kişinin aparılmasının qarşısını almaq istəyirlər. Buna baxmayaraq avtomobil hərəkət edir.

İstintaqın versiyasına görə,ata 41 yaşlı oğlunu aralarındaqəfil çıxan münaqişədən sonragüllələyib.

Ölən şəxsin narkoman olduğu vurğulanıb. Bildirilir ki, oğul bıçaqla atasına hücuma keçdiyi üçün kişi özünü qorumaq məqsədiylə silahından atəş açıb və onu sinəsindən vurub.