adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
07 Iyun 2020 09:20
13250
DÜNYA
A- A+

Venesiyada kanalda çimən turistlər cərimə edilib şəhərdən qovuldu

İtaliyanın Venesiya şəhərində yerləşən kanalların birindəçimən iki almaniyalı turist cərimə edilibvə şəhərdən qovulub.

Bu barədə CNN telekanalı məlumat verib.

Qanunu pozan gənclərin hər biri 350 avro (təxminən 675 manat - red.) məbləğində cərimə edilib.

Xəbərdə qeyd olunur ki, bu cəza Venesiya şəhərinin kanallarında üzən bütün şəxslərə şamil edilir və koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərlə bağlı deyil.