adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Iyun 2020 22:04
14762
DÜNYA
A- A+

“Facebook” sosial şəbəkədə irqçiliklə mübarizəyə başladı

"Facebook” şirkəti afroamerikalı Corc Floydun öldürülməsindən sonra sosial şəbəkədə "irqi ədalət”in təmin edilməsi üçün tədbirlərə başlayıb.

"İzvestiya” bu barədə şirkətin qurucusu Mark Zukerberqinaçıqlamasına istinadla xəbər yayır:

"Biz irqi ədaləti təbliğ etmək üçün fəaliyyətə başlamışıq.Qaradərili cəmiyyətimizin üzvlərinə: Mən sizinləyəm. Həyatınız önəmlidir. ABŞ-da və dünyada irqi ədalətsizliyi aradan qaldırmaqdan hələ çox uzaqdayıq, amma bunu dəyişmək üçün imkanımız var və hamımızməsuliyyət daşıyırıq. İnanıram ki, platformalarımız bu işdə müsbət rol oynayacaq, amma çalışmalıyıq ki, mümkün qədər pozitiv rol oynayaq”.

M.Zukerberq həmçinin qeyd edib ki, "Facebook” rəhbərliyi "hakimiyyət tərəfindən güc tətbiq edilməsi təhdidləri”nin yerləşdirilməsi qaydalarını dəyişdirməyi düşünür.

Şirkət rəhbəri etiraf edib ki, sosial qaydaları pozan mesajlar üçün yeni tədbirlər hazırlana bilər:

"Mövcud siyasətimiz odur ki, əgər məzmun, əslində, zorakılığıtəşviq edirsə, onda düzgün qərar həmin məzmunu məhv etməkdir”.

M.Zukerberqin sözlərinə görə, bu vəziyyətdə siyasətçilər və ya jurnalistlər üçün istisnalar yoxdur. Bununla bağlı müzakirələr tezliklə davam etdiriləcək.