adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
06 Iyun 2020 19:29
33677
ŞOU-BİZNES
A- A+

Şou-biznesin əkiz bacıları: “Açıq-saçıq görüntü ilə gündəmə gəlməmişik” - VİDEO

"Heç vaxt gündəmə açıq-saçıq görüntülər və dəyişik obrazlarla gəlməmişik. Hətta fotosessiyaların ən rahatını və sadəsini etdiririk. Obrazlı fotosessiya bizdən görməyəcəksiniz”.

Oxu.Azxəbər verir ki, bu sözləri şou-biznesin Sevil və Sevinc Səfərova bacıları "Xəzər” televiziyasında yayımlanan "X maqazin” proqramına verdiyi müsahibələrində deyiblər.

Müğənnilər həmkarlarının tez-tez efirdə səsləndirdiyi "yeniliklər edəcəyəm” kəlməsinə etiraz ediblər:

"Toy məclislərində, verilişlərdə oluruq. Bizim də işimizin mahnı oxuyub, klip çəkdirib, fotosessiya etdirməkdir. Bu işləri görmək məcburiyyətindəyik. "Yenilik edəcəyəm” deyə bir şey yoxdur. Çünki sən bununla pul qazanırsan, tamaşaçılara tanınırsan, onların sevgisini qazanırsan”.

Səfərova bacıları məşhur stilistlərlə çalışmaq istəmədiklərini söyləyiblər:

"Məşhur stilistlərlə çalışmağı sevmirik. Çünki onların da özlərinə görə kaprizləri var. Bizəözümüzü hər zamankı obrazda görmək rahatdır”.