adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
06 Iyun 2020 18:00
13279
GÜNDƏM
A- A+

Azərbaycanda daha 379 nəfər koronavirusa yoluxdu, 153 nəfər sağaldı, 2 nəfər öldü

Azərbaycan Respublikasında 379 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 153 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a bildirilib ki, "COVID-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 1941 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 7239 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 4024 nəfər müalicə olunaraq sağalmış, 84 nəfər vəfat etmiş, 3131 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 72 nəfərin vəziyyəti ağır, 86 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 334.863 test aparılıb.