adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
06 Iyun 2020 16:23
8931
HADİSƏ
A- A+

Yardımlıda yeddi tondan çox çətənə kolu məhv edilib

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Arvana kəndi ərazisində 728 hektar sahədən yabanı halda bitmiş, çəkisi 5,3 ton olan 13 min 700 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Lənbəran kəndi ərazisində 1,5 hektar sahədən yabanı halda bitmiş, çəkisi 2 ton olan 4 min 815 ədəd çətənə kolu aşkar edilərək məhv olunub.