adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Iyun 2020 17:07
21079
DÜNYA
A- A+

KOR KORA KOR DEMƏSƏ...

ABŞ Dövlət katibinin köməkçisi Devid Şenner Rusiyanın Yaxın Şərqdə "destruktiv rol oynadığını bəyan edərək, bu regiondan rədd olmasını" təklif edib.

Rusiya XİN-nın sözçüsü Mariya Zaxarova bu bəyanata cavab olaraq ona Vaşinqtonun Yaxın Şərqdə apardığı siyasətə qiymət verməyi mədsləhət görüb. "Bilmək istərdik ki, son iki onillikdə ABŞ Yaxın Şərqdə hansı uğurlu layihələri həyata keçirib?... Yalnız ölüm və dağıntılar"- deyə o, RİA Novostiyə bildirib.

Rusiyalı senator Oleq Morozov amerikan diplomatının bəyanatını axmaqlıq adlandırıb. " Birləşmiş Ştatlar qanunsuz olaraq başqalarının torpaqlarında müharibə edirlər. Biz isə (yəni Rusiya) müharibəni yatırmaq üçün bu torpaqlara dəvət olunuruq".

Yadıma bir atalar sözü düşdü. " kor kora kor deməsə, bağrı çatlar". Bəli bütün dünya artıq ABŞ-ın keyfi istədiyi ölkələrə qoşun yeridərək mənasız qanlı müharibələr aparmasını adi hal kimi qarşılayır. Hətta "nüfuzlu" beynəlxalq təşkilatlarda, başda BMT TŞ-sı, AŞ-sı və s olmaqla ştatların bu əməllərinə haqq qazandırmağa çalışırlar. ( çünki maliyyə dəstəyinin 80 faizi ordan gəlir). "Dəvət olunan" Rusiyanın bu dəvətləri necə alması da hamıya məlumdu. Qondarma DXR, LXR, Abxaziya və s. kimi qurumların "rəhbərlikləri".

Əslində İkinci Dünya müharibəsindən sonra ABŞ və Rusiya dünya hökmüranlığı uğrunda üçüncü dövlətlərdə nüfuz müharibələri aparırlar. Koreya yarımadası, Vyetnam, Əfqanıstan. İndididə Yaxın Şərq - Liviya, Suriya və s. Artıq 50 ildən çoxdu gah "soyuq", gah da " isti" müharibələr bir-birini əvəzləyir. Nəticədə şəhərlər, kəndlər dağılır, dinc sakinlər kütləvi bombardımanlar altında qətlə yetirilirlər. Dövlət çevrilişləri, düşmən mövqeyinə gətirilən xalqlar arasında vətəndaş müharibələri, terror bitmək bilmir.
Oleq Morozov ABŞ -ı terrora dəstək verməkdə, Yaxın Şərqdə "qeopolitik ambosiyalarını həyata keçirmək üçün qan gölü yaratmaqda" günahlandırır. Rusiyanın dünyanın terror təşkilatı kimi tanıdığı PKK-nın torəməsi YPQ-yə dəstək verməsini "unudur", Liviyada qiyamçı Haftara kömək məqsədi ilə göndərdiyi "Vaqner"ın muzdlularının törətdikləri vəhşilikləri heç yada salmaq "istəmir".
Digər Rusiyalı senator Aleksey Kondratyev bəyan edir ki, "Rusuya Suriyada ABŞ-ın neft oğurlamasının qarşısını alır". Bəs görəsən Rusiyanı da buralara neft iyisi gətirməyibmi?

"Rusiya Yaxın Şərqə terrorizmlə mübarizə aparmaq üçün gəlib"- deyə "İzvestiya" qəzetinə müsahibə verən daha bir senator- Olqa Kovitidi, görəsən PKK terrorçularını silahlandırmağı və onlara dəstək verməyi hansı mübarizə üsulu sayır?

Maraqlıdı ki, xüsusi xidmət orqanlarının "Əl-Qaidə", İSİD və s. terror təşkilatlarının yaradıcısı olan ABŞ, həm də PKK, "ASALA" və s. terror təşkilatlarına yaxından dəstək verən Rusiya dünyaya özlərini terrora qarşı mübarizə aparan dövlət kimi sırımağa çalışıırlar.

ABŞ prezidentləri Rusiyanı "şər yuvası" adlanırırlar. Bəs görəsən özlərinin "şər yuvalarından" xəbərləri yoxdumu? Bəzən adamda şübəhələr yaranır, görəsən İki hegemon dövlətin xüsusi xidmət orqanlatının sinxron "şeytani" siyasət aparması onların "birgə hazırladıqları layihələrin məhsulları" deyimi? Nədən bu hegemonlar düşmən mövqedədirlərsə, açıq müharibə aparmırlar, yalnız üçüncü dövlətlərin ərazisində vuruşurlar?

Məlum olan bir məsələ var ki, ABŞ və Rusiya dünyada məlum sərhədləri dəyişməklə yeni nizam qurmaq istəyirlər. Lakin nüfuz dairələrini bölüşə bilmirlər. Artıq iqtisadi gücünü sürətlə artıran Çin Xalq Respublikası da onlara mane olmaqdadı. Çinin bu ölkələrdən hansının yanında olacağından da çox şey asılıdı. Amma Çində təkbaşına mübarizə yolunu seçə bilər.

Düşünürsən ki, hazırda tüğyan edən, bütün dünyanı qapadıb evdə oturmağa vadar edən koronavirus pandemiya oynunu, bəlkədə "gözgörünməz Dərin Dövlət" deylən mifik bir qurum tərəfindən qəsdən bu "şeytani" siyasətlərin qarşısını almaq üçün oryaya atılıb? Amma yox, çünki dəhşətli pandemiyada göründüyü kimi bu məsələdə gücsüzdü.

Pandemiyadan həm iqtisadi, həm də mənəvi cəhətdən ən çox ziyan görən bu iki hegemon dövlətdi. Amma görünən odur ki, dünyanı qorxu-həyacan içində saxlayan koronavirus bu ölkələrin siyasi ambisiyalarına təsir etməyib. Yəqin o gözəgörünməz mifik Dərin Dövlətə, başqa, daha güclü təsir göstərə biləcək "oyun qurmaq" lazım gələcək. Bacaracaqlarmı? İnanmıram, amma qismət olarsa yaşayarıq, görərik.

Rüstəm HACIYEV