adalet.az header logo
  • Bakı 20°C
06 Iyun 2020 13:52
12831
DÜNYA
A- A+

ABŞ-da polislərə boğma fəndinin öyrədilməsi qadağan ediləcək

ABŞ-ın Kaliforniya ştatında polislərə boğma fəndlərinin öyrədilməsinə qadağa qoyulacaq.

Bu barədə ştatınqubernatoru Qevin Nyusom qərar qəbul edib.

"Biz polislərə insanların həyatını təhlükəyə atan boğucu fəndlər öyrədirik. XXIəsrdə polisin təcrübəsində belə hərəkətlərə yer yoxdur”, - deyə Q.Nyusom qeyd edib.

Xatırladaq ki, mayın 25-də Corc Floyd saxta əskinaslarla ödəniş şübhəsi ilə saxlanılarkən polisin kobud davranışı ilə üzləşib. Bununla bağlı sosial şəbəkələrdə yayılan videoda hüquq mühafizəçisinin afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxması və sonra dizi ilə boynunu sıxması aydın görünür.

Kadrlarda C.Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi də əks olunub.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Bununla əlaqədar olaraq, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.