adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
06 Iyun 2020 13:46
11585
MƏMLƏKƏT
A- A+

Arzu Əsəd: Özlərinin fərari xarakterlərini göstərirlər

"Çörək davası"," qarın davası"," bu millətdən bir şey çıxmaz"," bu xalqlamı Qarabağı alacağıq" və s. bu kimi ifadələr -- son iki günlük evdən çıxma yasağı ilə bağlı əhalinin çörək və ərzaq ehtiyatı üçün magazalarda yaşadığı basabasla əlaqədar müəyyən şəxslərin və dairələrin ikrah doğuran, ürək bulandıran," bu qədər cəfəng düşüncə sahibi olmaq olarmı" sualı yaradan qayğılı statusları və analitik sərsəmləmələri koronavirusdan daha təhlükəlidir və bu düşüncədə olan şəxslərdənkoronavirusdan qorunan kimi qorunmaq lazımdır!Bu şəraitdə belə basabaslar gözlənilən və keçici bir şeydir. Kütlə psixologıyasına xas olan belə davranışlar müvafiq şəraitdə bütün tarix boyu dünyanın ən inkişaf etmiş ölkələrində olmuş olan və olacaq reflektiv davranışlardır. Bu başa düşüləndir və hər bir başa düşən üçün də belə kütləvi impulsiv hərəkətləri xalqın, mıllətin xarakteri ilə bağlamaq bir düşüncə adamına yaraşmayan bağışlanılmaz qəbahətdir və onlar heç olmasa bunu başa düşsünlər ki, millətə qarşı belə aşağılayıcı dəyərləndirmələri ılə öz bakir ucalıqlarını, ultra vətənpərvərliklərini deyil, hisli-paslı ruh hallarını, köksüz intellektlərini və məhz özlərinin fərari xarakterlərini göstərirlər.