adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
06 Iyun 2020 10:52
16786
DÜNYA
A- A+

ABŞ-da asayiş keşikçiləri etiraz etdilər, polis şöbəsi bağlandı

ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində yerləşən polis şöbəsinin çevik polis bölməsinin əməkdaşları etiraz əlaməti olaraq iş yerlərini tərk ediblər.

WIVB telekanalının məlumatına görə, polislər və 57 zabithəmkarlarının işdən çıxarılmasına etiraz olaraq belə addım atıblar.

Qeyd edək ki, sözügedən şəhərin iki polis əməkdaşı75 yaşlı kişini itələyib yıxdıqlarınagörə vəzifələrindən kənarlaşdırılıblar. Onların xəsarət yetirdiyi şəxs ağır vəziyyətdə xəstəxanadadır.

57 zabit iş yerini tərk etsə də, işdən çıxmayıblar. Həmin polis şöbəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.

Xatırladaq ki, ABŞ-da afroamerikalının polis tərəfindən öldürülməsindən sonra iğtişaşlar başlayıb.