ABŞ-da asayiş keşikçiləri etiraz etdilər, polis şöbəsi bağlandı
ABŞ-ın Nyu-York ştatının Buffalo şəhərində yerləşən polis şöbəsinin çevik polis bölməsinin əməkdaşları etiraz əlaməti olaraq iş yerlərini tərk ediblər.
WIVB telekanalının məlumatına görə, polislər və 57 zabithəmkarlarının işdən çıxarılmasına etiraz olaraq belə addım atıblar.
Qeyd edək ki, sözügedən şəhərin iki polis əməkdaşı75 yaşlı kişini itələyib yıxdıqlarınagörə vəzifələrindən kənarlaşdırılıblar. Onların xəsarət yetirdiyi şəxs ağır vəziyyətdə xəstəxanadadır.
57 zabit iş yerini tərk etsə də, işdən çıxmayıblar. Həmin polis şöbəsinin fəaliyyəti müvəqqəti dayandırılıb.
Xatırladaq ki, ABŞ-da afroamerikalının polis tərəfindən öldürülməsindən sonra iğtişaşlar başlayıb.
Digər Xəbərlər
23 Aprel 2024 11:07
Qazaxın Ermənistanda qalan kəndinin rəhbəri istefa verdi
23 Aprel 2024 10:46İran XİN-dən 4 kəndin Azərbaycana qaytarılması ilə bağlı AÇIQLAMA
23 Aprel 2024 10:29Belqorodda ölənlərin sayı 120 nəfərə çatıb
23 Aprel 2024 09:57Blinken Çinə səfər edəcək
23 Aprel 2024 09:15