adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
05 Iyun 2020 21:12
53781
MARAQLI
A- A+

Polis maskasız gəncin dizlərindən yapışdı - VİDEO

Polis küçədə maskasız gəzən gənci dəyənəklə döyüb.

Bu barədə kadrları "Life Shot” yayımlayıb.

Məlumata görə, hadisə Rusiyanın Çelyabinsk vilayətinin Maqnitorsk şəhərində baş verib.

Video başlayanda görünür ki, hüquq mühafizəçisi yerdə oturub və gəncin ayaqlarını tutub. Polisdən qurtulmağa çalışan gənc isə cibində maska olduğunu və taxacağını deyir. Ancaq onun bu sözlərinin faydası olmur.

Bu vaxt başqa bir polis onlara yaxınlaşır və mülki vətəndaşı dəyənəklə döyməyə başlayır. Yoldan keçənlərin hüquq mühafizəçilərinə iradı isə cavabsız qalır.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, münaqişədən əvvəl kişi hüquq mühafizəçisini təhqir edib və ona müqavimət göstərib. Buna görə gəncə qarşı hökumət nümayəndələrinəgüc tətbiqi maddəsi ilə cinayət işi açılıb.

Həmçinin,mağazaya maskasız daxil olduğu üçün onu cərimə və 15 gün müddətinə azadlıqdan məhrumetmə cəzasıgözləyir. Polisin sözlərinə görə, münaqişəyə polisin gəncə maskasız gəzməsiilə əlaqədar iradı səbəb olub.