adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
05 Iyun 2020 19:00
13265
DÜNYA
A- A+

Tbilisidə silahlı insident: Həyətdə oynayan uşaqlara atəş açıldı - VİDEO

Gürcüstanın paytaxtında silahlı insident baş verib. Belə ki, həyətdə oynayan uşaqlara əsəbiləşən kişi onlara ov silahından atəş açıb.

Bu barədə "Sputnik” xəbər yayıb.

Hazırda patrul polisi və xüsusi təyinatlılar Tbilisinin Varketili rayonuna səfərbər edilib. Silahlı şəxsin saxlanılması üçün əməliyyat hazırlanır.

"O, silahlıdır və ehtimal ki, içkili vəziyyətdədir. Şübhəliyaşayış binasının birinci mərtəbəsində gizlənib. Oradan bir neçə dəfə hədəfləmədən atəş açıb. Hadisə yerinə polis səfərbər edilib, vətəndaşların təhlükəsizliyinin təmin olunması üçün iş aparılır. Silahlı şəxslədanışıqlar aparılır”, - deyə patrul polisinin rəhbəri Vaja Siradze hadisə barədə məlumat verib.

Ərazidə yaşayan sakinlər isə bildiriblər ki, kişi həyətdə oynayan uşaqları qorxutmaq üçün onlara bir neçə dəfə atəş açıb. O, ovçudur və evində qeydiyyatdan keçmiş silahı var.

DİN-dən isə bildirilib ki, silahlı insident nəticəsində zərərçəkən olmayıb.