adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
05 Iyun 2020 12:59
14497
SİYASƏT
A- A+

Parlament sədrinin birinci müavini 4 iyun 1993-cü il hadisələri ilə bağlı danışdı

Son günlər 4 iyun 1993-cü il hadisələri ilə bağlı fərqli fikirləri və o vaxt hakimiyyətdə olan şəxslərin özlərinə bəraət qazandırmaq cəhdlərini müşahidə edirik.

Bunu Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, o zamankı Ali Sovet bu hadisələrə rəy verib və qərar qəbul edib: "Əminəm ki, gələcək nəsillər də həmin qərardan düzgün nəticə çıxaracaqlar. Məlum hadisələr o zamankı hakimiyyətdə olan 17 nəfərin səhvi üzündən baş verib. Tarixi həqiqət ondan ibadətdir ki, o zaman qiyamı törədən qüvvələrlə həmin qiyamın qarşısını almağa çalışanlar eyni cinayəti törədib. Nəticə isə çox acınacaqlı olub. Ermənilər baş verənlərdən istifadə edib”.

Nicat Novruzoğlu