Polis Göyçayda suda boğulan azyaşlını xilas edib
Polis əməkdaşı Göyçaydasuda boğulan azyaşlını xilas edib.
Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları Etibar Əmirov və Elman Əhmədov şəhər ərazisində xidmət aparan zaman azyaşlının su kanalında boğulduğunu görüblər.
E.Əmirov dərhal həmin azyaşlını sudan çıxarıb, ona ilkin tibbi yardım göstərib. Kiçik yaşlı uşağın həyati təhlükəsi nəzərə alınaraq,polis əməkdaşı vaxt itirmədən öz şəxsi avtomobili ilə onu Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Həkimlərin müdaxiləsi iləkörpənin həyatı xilas edilib.
Polis əməkdaşları azyaşlının valideynləri ilə profilaktik söhbətaparıb, uşağı nəzarətsiz buraxmamaları barədə onları təlimatlandırıblar. Uşağın valideynləri də övladlarının həyatını xilas etdiyi üçün asayiş keşikçisinəminnətdarlıqlarını bildiriblər.