adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
04 Iyun 2020 20:16
10840
MƏMLƏKƏT
A- A+

Regional miqrasiya idarələrinin fəaliyyəti məhdudlaşdırılır

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq, Dövlət Miqrasiya Xidmətinin Bakı, Gəncə və Lənkəran regional miqrasiya idarələrinin fəaliyyəti 5 iyun saat 14.00-dan 8 iyun saat 9.00-a kimi məhdudlaşdırılır.

Dövlət Miqrasiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, göstərilən müddətdə müraciətləriniz yalnız elektron qaydada DMX-nin rəsmi internet saytı (migration.gov.az) və yaxud MİGAZ mobil tətbiqi üzərindən qəbul olunacaq.

İnsanlar onları maraqlandıran sualları Xidmətin rəsmi internet saytındakı onlayn bələdçi vasitəsilə ünvanlaya bilərlər.