adalet.az header logo
  • Bakı 20°C
04 Iyun 2020 19:38
20106
İDMAN
A- A+

“Neftçi”nin bir oyunu qadağaya görə sual altına düşdü

"Neftçi” PFK Premyer Liqadan əvvəl iki yoxlama oyunu keçirmək istəyir.

Oxu.Azxəbər verir ki, artıq üç gündür məşq edən komanda hazırlıq çərçivəsində iyunun 9-u, saat 18:00-da "Türk Hava Yolları Futbol Mərkəzi”ndə "Keşlə”, iyunun 14-ü, saat 20:00-da isə "Bakcell Arena”da "Qəbələ” ilə qarşılaşmağı planlaşdırır.

Lakin ikinci görüş baş tutmaya bilər. Buna səbəb bu gün Baş nazir Əli Əsədovun ayın 14-də də küçələrə çıxmamaq barədə qadağanın olmasını bildirməsidir.

Qeyd edək ki, "Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə "Zirə”yə qarşı keçirəcək.