adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
04 Iyun 2020 19:12
11649
SAĞLAMLIQ
A- A+

Ən çox koronaviruslu xəstənin hansı ərazilərdə olduğu açıqlandı - RƏSMİ

"Xüsusi rejimli xəstəxanalarda 5000-dən çox çarpayı var. Modul tipli xəstəxanalarda 2000-ə qədər çarpayı fondu olacaq”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, bu gün 2500 aktiv koronaviruslu xəstə var:

"Amma xəstələrin böyük əksəriyyəti Bakıda və narıncı əraziyə düşən yerlərdəki xəstəxanalarda yerləşir. Bununla əlaqədar lokalizasiyaya düşən tibb müəssisələrinin üzərinə düşən yük artır”.