adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
04 Iyun 2020 15:54
66310
ŞOU-BİZNES
A- A+

Brilliant Dadaşova: “İlhamə Quliyeva şeytana qulluq edib…”

Sevilən müğənni Flora Kərimova sosial şəbəkədə Xalq artisti Briliant dadaşıvaya müraciətlə, maraqlı bir paylaşım edib

Adalet.az xəbər verir ki, F.Kərimova bunları yazıb:"Brilliant xanım, sizin başınız heç də az çəkmədi ondan. Nə birinci idiz, nə də sonuncu. İndi söz düşüb bəzilərinin dilinə -"sağlığında bir söz deyə bilmirdilər”. Sağlığında onun yalanlarının tək başıma cəlladı idim. Siz onun nainsanlığına, tərbiyəsizliyinə, xəbisliyinə, yalan və böhtanlarına baxmayaraq qürurunuzu, mənliyinizi və cəmiyyətdə yerinizi savaşınızla qorumağı bacardız".

Söhbət nədən gedir?

Ötən gün prodüser Tarix Əliyevin (Tolik) Xalq artistləri İlhamə Quliyeva və Flora Kərimovanın mehriban vaxtlarının videosunu paylaşması qalmaqala səbəb olub.

Xalq artisti Brilliant Dadaşova yayımlanan videonun şərh bölməsinə mərhum müğənni ilə aralarında olan mübahisədən yazıb. İnsanlar isə Dadaşovanı tənqid edərək "Sağ olanda demirdiz" sözləri ilə qınayıblar.

Brilliant xanım isə heç vaxt İ.Quliyevanı tənqid etməkdən çəkinmədiyini bildirib:



"Allaha and olsun ki, o, çox yalan, şər, böhtanı qorxmadan uyduran insan idi. Bir dəfə səsyazma studiyasında mənə dedi ki, Floranın heç vaxt uşağı olmayıb, qarnına balışı qoyurdu ki, guya hamilədi. Qızını o, doğmayıb. Flora xanımın qızı ona oxşamasaydı, az qala inanmışdım. İlhamə günah bilmədən o qədər inandırıcı danışırdı ki, ağlıma gəlməzdi bir insan bu qədər şeytana qulluq edər. Bu söhbəti Floraya heç vaxt danışmamışam. Onun üzünə də bu sözləri yüz dəfə demişəm.Sağ olanda dediyim sözləri yanındakılar yaxşı bilir".

Flora xanım Brilliant Dadaşovanın məlum rəyindən sonra adıgedən paylaşımı edib.

Yeri gəlmişkən...

"İlhamə Quliyevanı təriflədikcə, o, məni pisləyirdi. Uşaqlıq illərində onun səsi üçün ürəyim gedirdi. Evdə bütün çıxışlarını izləyirdim. Bacılarım əsəbiləşirdilər ki, kanalı çevir, filmlərə baxaq”.

Bu sözləri Xalq artisti Brilliant Dadaşova bu gün Tarix Əliyevin "Hər şey daxil” verilişində qonaq olarkən deyib.

İfaçı bildirib ki, İlhamə Quliyeva vaxtilə onun aparıcılıq etdiyi verilişi bağlatdırmağa çalışıb: "İlhaməyə heyranlıqla baxırdım. Sonra onu verilişlərimə dəvət edir və tərifləyirdim. İlhamə isə rəhbərə deyirdi ki, bunun verilişini bağla”.

Xatırladaq ki, Brilliant Dadaşova Space TV-də 2000-ci ildən 2005-ci ilədək "Gözəllik dünyanı xilas edəcək" adlı veriliş aparıb.

Əntiqə Rəşid