adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
04 Iyun 2020 15:04
10996
DÜNYA
A- A+

İranda daha 59 nәfәr koronavirusdan ölüb

İranda ötәn sutka әrzindә daha 59 nәfәr koronavirusdan (COVID-19) ölüb.

Adalet.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mәtbuat xidmәtinin rәhbәri Kiyanuş Cahanpur deyib.

K.Cahanpurun sözlərinə görə, belәliklә İranda bu virusdan ölәnlәrin sayı 8 071 nәfәrә yüksәlib.
O әlavә edib ki, ötәn 24 saat әrzindә daha 3 574 nәfәr koronavirusa yoluxub. Bununla da İranda bu virusa yoluxanların sayı 164 270 nәfәrә çatıb. Virus daşıyıcılarından 2 569 nәfәrin vәziyyәti ağırdır.

Nazirlik rәsmisi indiyәdәk 127 485 nәfәrin koronavirusdan sağaldığını deyib.

İranda indiyәdәk 1 milyondan çox diaqnoz testi hәyata keçirilib.