adalet.az header logo
  • Bakı 19°C
04 Iyun 2020 12:28
51709
ŞOU-BİZNES
A- A+

Hamam xələti trend olmaq yolunda: Bu dəfə Nura Suri...

İllərdir formasını və gözəlliyini israrla qoruyub saxlayan müğənni Nura Suri verlişlərin birində bildirmişdi ki, şəxsi həyatında heç kim yoxdur: "Həmin kanalda aparıcı soruşdu ki, səni kimsə idarə edir, mənimlə görüşməyə icazə vemir? Mən də zarafatla dedim ki, yox, kimdi mənə "zapret” qoyan. Aparacının fikirlərini kəsib mənimkiləri vermişdilər. Camaat da elə fikirləşir ki, biz danışığımızı bilmirik. Sonra yenə aparıcı dedi ki, gözəl-göyçək qızsan niyə həyatında heç kim yoxdur? Dedim ki, eybəcərlərin bəxti yaxşı olur, gözəl qadınların yox”.

Müğənni daha sonra şəxsi həyatının gizlinlərini tamaşaçılarla bölüşüb:”Üç dəfə ailəli olmuşam, üç övladım var. Mənim bu dəqiqə ərə gedən vaxtım deyil. Elə adamlar var ki, 50 yaşına çatıb, ailə qurmayıblar. Onlar getsin fikir çəksin! Həyatımda kiminsə olmasını istəsəm olar. Nə problemim var ki. Sadəcə, ailə qurdum alınmadı. Uşaqlarım var və mənə belə rahatdır, həyatımı yaşayıram. Mənə hər dəqiqə nəyisə yapışdırmaq olmaz. Böyük oğlum var, yaxşı səslənmir axı. Vallah, artıq danışmağa qorxuram”.


Qeyd edək ki, Əsil adı Aynurə Qəzənfərli olan Nura xanım 3 dəfə ailəli olub. Hər evlilikdən bir oğlu var: Xosrov, Möhsen və David. Nuri xanımın həyat yoldaşlarının yalnız ikisinin adı ictimaiyyətə məlumdur: Əlirza Suri və Tamerlan, Xanım müğənni hər çıxışında həyat yoldaşlarının tanınmış iş adamları olduğunu söyləyir. İranlı iş adamı olan həyat yoldaşı Ə, Suri ilə Nura Suri arasındakı ayrılıq kifayət qədər mübahisəli keçmişdir. Yeri gəlmişkən böyük oğlu Xosrov xaricdə ali təhsil alır. Və əminik ki, anasının hamam xələtində olan fotolarını görəndə cox sevinəcək.



Hamam xələti ilə foto cəkdirib paylaşmaq dəb halını alıb. Son zamanlar belə fotolar daha tez-tez sosial şəbəkələrdə paylaşılır.

Adalet.az xəbər verir ki, 3 yetişkin oğul anası olan müğənni instaqram hesabında yeni fotolarını paylaşıb. Fotoda Nuranın hamam xalatında olması marağa səbəb olub. O, fotoları massaj salonunda çəkdirdiyini qeyd edib.

Əntiqə Rəşid