adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
04 Iyun 2020 10:32
8717
MƏMLƏKƏT
A- A+

Xaçmazda məktəb sahəsi 380 manata satılıb? - AÇIQLAMA

Xaçmaz şəhərində 3 saylı orta məktəbin ərazisinin satıldığına dair yayılan iddialar əsassızdır.

Bu barədə Təhsil NazirliyindənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.

Sorğunun cavabında Xaçmaz şəhər 3 saylı tam orta məktəbin ərazisinin satılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi, həmin ərazinin Xaçmaz Şəhər Bələdiyyəsinin balansına aid torpaq sahəsi olduğu qeyd edilib.

Xatırladaq ki, bir müddət əvvəl mediada Xaçmaz şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin həyətinin bələdiyyə tərəfindən 380 manata Məstəliyev Samir Abbasqulu oğluna satıldığına dair məlumatlar yayılıb.

Ərazini satın alan S.Məstəliyevin isə Xaçmazın Təhsil Şöbəsinin müdiri Mədinə Nurməmmədovanın oğlu olduğu qeyd edilib.