adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
04 Iyun 2020 10:15
7987
GÜNDƏM
A- A+

Deputatlar bu gün bir neçə qanun layihəsini müzakirə edəcək - SİYAHI

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçiriləcək.

Parlamentin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, iclasda "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsinin (birinci oxunuş) və "Sanitariya-epidemioloji salamatlıq haqqında”, "Yerin təki haqqında”, "Ətraf mühitin mühafizəsi haqqında”, "Dövlət rüsumu haqqında” qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi nəzərdə tutulur.

Müzakirələrdə deputatlar və sahə mütəxəssisləri iştirak edəcəklər.

Nicat Novruzoğlu