adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyun 2020 21:16
14996
DÜNYA
A- A+

Floydun saxlanılmasının imitasiya edildiyi körpünü bağladılar - VİDEO

ABŞ-ın Portland şəhərində minlərlə nümayişçi şəhərin ən böyük Börnsayd körpüsünü (Burnsides Bridge) bağlayıb.

REN TV xəbər verir ki, aksiya iştirakçıları Corc Floydun polislər tərəfindən saxlanılarkən yerə sıxıldığıqaydada asfaltın üzərinə uzanaraq, körpüdə hərəkəti iflic ediblər.

Nümayişçilərin fərqli etiraz forması sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb. Polis afroamerikalının qoluna qandal vuraraq, onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür. Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Nəticədə, ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.