adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyun 2020 20:21
8657
HADİSƏ
A- A+

Gəncə sakini 85 yaşlı anasını döydü

Gəncədə oğul 85 yaşlı anasını döyərək, ona xəsarət yetirib.

Report-unməlumatına görə, hadisə şəhərin Ozan küçəsində qeydə alınıb.

Gəncə şəhər sakini, 1935-ci il təvəllüdlü Güləndam Köçəriyeva müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaxınlarının bildirdiyinə görə, qadını içki aludəçisi olan oğlu döyüb. Həkimlər G.Köçəriyevanın vəziyyətini kafi qiymətləndirirlər.

Hadisənin səbəbi isə hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.