adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Iyun 2020 20:00
15370
DÜNYA
A- A+

Pakistanda altı yeniyetmə mədrəsənin dağıntıları altında həlak oldu

Pakistanın Şimali Vəziristan rayonunda mədrəsənin damının uçması nəticəsində altı uşaq ölüb, yeddi nəfər yaralanıb.

"Dailypakistan” xəbər verir ki, xilasedicilərin hadisə yerinə gec gəldiyini görən sakinlər dağıntılar altında qalan yeniyetmələri özləri çıxarmalı olub.

Qeyd edək ki, Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhəddə yerləşən Vəziristan "Taliban” yaraqlılarının fəal olduğu ərazidir.