adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
03 Iyun 2020 19:46
11520
DÜNYA
A- A+

İtaliya xarici turistləri qəbul edir

İtaliya Avropa İttifaqı (Ai) və Şengen ölkələrinə xarici sərhədlərini açıb. Turistlərdən 14 günlük karantində qalmaq tələb edilməyəcək.

"Anadolu” agentliyi məlumat verir ki, Avropada pandemiyadan ən ciddi təsirlənən İtaliyada 10 martdan etibarən həyata keçirilən tədbirlərin ləğvi ilə artıq ökədaxili səyahətə icazə verilib.

Qatar reyslərinin sayı artırılıb, ölkə daxilində 23 hava limanı açılıb.

Hərarəti 37,5 dərəcədən yuxarı olanların sürətli qatarların xidmətindən istifadə etməsinə icazə verilməyəcək.

Digər tərəfdən, baş nazirin qərarı ilə ölkə daxilində səyahət qadağası ləğv olunsa da, bəzi bölgə başçıları tədbirləri bir müddət davam etdirməyə qərar veriblər.