adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
03 Iyun 2020 17:56
10267
MƏMLƏKƏT
A- A+

Ağcabədidə “ASAN xidmət” mərkəzi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Ağcabədidə "ASAN xidmət” mərkəzinin açılışında iştirak edib.

Adalet.az xəbər verir ki, Prezidentin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev mərkəz barədə dövlətimizin başçısına məlumat verdilər.

Dövlətimizin başçısı mərkəzin açılışını etdi.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev ASAN könüllüləri ilə görüşdü.