adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyun 2020 17:07
10208
GÜNDƏM
A- A+

Prezident Ağdamda “N” saylı hərbi hissədə olub

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdam rayonu ərazisində yerləşən "N” saylı hərbi hissədə olub.

Adalet.az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verdilər.

Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış oldu.