adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyun 2020 16:35
24603
ELM VƏ TƏHSİL
A- A+

Məktəbli şahmatçılardan Avropa çempionatında yüksək nəticə

16-31 may 2020-ci il tarixlərində Avropa Şahmat Birliyinin təşkilatçılığı ilə şahmat üzrə onlayn Avropa çempionatı keçirilib.

40 ölkədən 21 qrossmeyster, 48 beynəlxalq usta, 85 FİDE ustası olmaqla ümumilikdə 277 şahmatçının iştirak etdiyi çempionatın D qrupunda reytinqi 2300-dək olan şahmatçılar arasında mübarizə aparan Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi, beynəlxalq usta Murad İbrahimli 8 oyundan 7,5 xal toplayaraq Avropa çempionu elan edilib. "Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Abdulla Qədimbəyli isə 2-ci yerə layiq görülüb.

53 ölkədən 1600-dək şahmatçının qatıldığı çempionatın A qrupunda reytinqi 1400-ə qədər olan şahmatçılar arasında çıxış edən digər şahmatçımız, Sumqayıt şəhəri 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin yetirməsi Selcan İsmayıl 8 oyundan 6,5 xal toplayaraq qadınlar arasında 2-ci yeri tutub.